İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “şefi” Braziliyada inqilab etmək istəyirmiş

 

Soros Fondunun Cənubi Amerika ölkəsinə böyük pullar xərclədiyi üzə çıxdı 

Milyarder Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) cəmi bir il ərzində Braziliyada fəaliyyət göstərən QHT-lərə təxminən 20 milyon dollar köçürüb. Bu barədə Braziliyanın “Gazeta do Povo” nəşri məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, vəsaitlərin köçürülməsi birbaşa Braziliya qanunlarını pozmasa da, milyarderin böyük sərmayələri ölkənin ictimai həyatında mümkün sabitliyin pozulması ilə bağlı suallar yaradır.

Sorosun maliyyələşdirdiyi QHT-lərin bir çoxu Braziliyanın siyasi gündəminin formalaşmasında, ölkə hakimiyyət orqanları üçün analitik sənədlərin və hesabatların hazırlanmasında birbaşa iştirak edir. Eyni zamanda, “Gazeta do Povo”nun vurğuladığı kimi, maliyyə axınları yalnız LGBT gündəmini, narkotiklərin dekriminallaşdırılması ideyasını fəal şəkildə təbliğ edən, həmçinin “Qaraların Həyatı Önəmlidir” kimi ən radikal şəkildə dəstəkləyən ictimai hərəkatları təşkilatlara gedir.

Yada salaq ki, prezident seçkilərində uduzan Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də səsvermənin nəticələrinə etiraz edərək paytaxtdakı Milli Konqres binasını ələ keçirib, Prezident Sarayına, həmçinin Ali Məhkəmənin binasına soxularaq orada talanlar törədiblər, mebelləri sındırıblar, tonqal qalayıblar. İğtişaşlarda iştirak etdiyinə görə azı 400 nəfər saxlanılıb.

Dünyanın bir çox ölkələri Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan Soros Fondu demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çatdı. Sorosun bir nömrəli adamı Ermənistanın baş naziri oldu.

Hazırda da Ermənistanda əksər KİV, jurnalist araşdırmaları mərkəzləri,  gənclər siyasəti, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, təhsil, elm və s. sahələr Sorosun pulları ilə maliyyələşdirir. Ermənistanın indiki rəhbərliyinin Rusiyanın milli maraqlarına qarşı olan Soros Fondu ilə aşkar bağlılığını gizlətmir. Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olub.

Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda,  Fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırmışdı.

Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstərib, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olub. Soros Fondunun Ermənistandakı ofisinin ləğv edilməsi üçün məhkəməyə müraciət edilib.  Ötən il bir neçə vəkil Soros Fondunun ləğvi ilə bağlı iddia qaldırsalar da, heç bir nəticə olmadı.

Orxan ƏLİYEV,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR