İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası növbəti parlament seçkilərinə hazırlaşır  

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası növbəti parlament seçkilərinə hazırlıqlara başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Ayk Koncoryan jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlama verib.

“Nikol Paşinyan və hakim qüvvə Ermənistan xalqı tərəfindən seçilib. Qarşıdan gələn parlament seçkilərində Ermənistan xalqı bütün siyasi qüvvələrə, o cümlədən bizə öz qiymətini verəcək”, - deyə Koncoryan vurğulayıb.

Yerli siyasi şərhçilər Koncoryanın bu açıqlamasını Paşinyanın erkən seçki hazırlıqları kimi dəyərləndirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR