İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: “Bu ölkələr Azərbaycan-Ermənistan danışıqlarına mane olur”

“Azərbaycan-Ermənistan dialoqunda uğurlu epizodlar olub. Lakin təcrübə göstərir ki, regionda müxtəlif maraqları olan digər dövlətlərin bu dialoqa müdaxiləsi mənfi təsirlərə gətirib çıxarır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

Ovannisyan heç bir əsas olmadan Azərbaycanı suçlayıb və onun fərqli ritorika nümayiş etdirdiyini bildirib.

Halbuki Ermənistan özü Fransanın və İranın təzyiqi ilə dəfələrlə əvvəl bəyan etdiklərindən geri çəkilib.

Ovannisyanın sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi asan deyil, lakin sülh müqaviləsinin məzmununun böyük hissəsi razılaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR