Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyanın istefa verəcəyi və sentyabrın 10-da Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbəri müxalifyönlü “Jovoqurd” qəzetinin portalı olan “ArmLur.am” yayıb. Xəbəri Rusiyanın bəzi informasiya resursları “ArmLur.am” saytına istinadən yaysalar da, əksəriyyyəti, o cümlədən “Sputnik” artıq səhifəsindən çıxarıb. Bu isə sübuta yetirir ki, xəbər reallığı əks etdirmir”.
Bu fikirləri Musavat.com-a Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib:
“Xəbər, ola bilsin ki, informasiya təxribatıdır, yaxud ictimai rəyin yoxlanılması üçün ortalığa atılan feykdir. Xəbərdə, “Paşinyanın istefasının, onun öz dərisini xilas etmək üçün bir şans” olduğunun vurğulanması da, konkret mövqe ifadə etdiyi üçün sözügedən məlumatı “xəbər” statusundan çıxarır. Bu səbəbdən, həmkarlarıma feyk xəbərlər üzərindən şərh verməməyi tövsiyyə edərdim”.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ