İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın düşməni Tevanyan yenə mandatından imtina etdi

Mən İrəvan Ağsaqqallar Şurasının üzvünün mandatından imtina edirəm, əvvəllər bunu edəcəyimi bildirmişdim. Fraksiyaya Manuk Sukiasyan başçılıq edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da jurnalistlərlə söhbətində “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bildirib.

Onun sözlərinə görə, blokun 12 nümayəndəsi İrəvan bələdiyyə məclisində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Andranik Tevanyan İrəvan meriyasına keçirilən seçkilərdə iştirak etmək üçün Ermənistan parlamentindində deputat mandatından da imtina etmişdi.

“Deputat mandatımdan imtina edəndə söylədiyim kimi, mənim vəzifəm İrəvan Ağsaqqallar Şurasının üzvü olmaq deyil, seçkilərdən hakimiyyəti devirmək üçün istifadə etməkdir”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR