Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatları Artur Ovannisyan və Arman Eqoyan Zəngəzur dəhlizindən keçəcək yüklərlə bağlı yerli jurnalistlərin suallarını cavablayıblar.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Azərbaycan yükləri Ermənistan Respublikasına daxil olarsa, yerli gömrük əməkdaşları tərəfindən yoxlanılacaqmı?”,-deyə jurnalistlərdən biri belə bir sual ünvanlayıb.
Ovannisyan ilk olaraq bu kimi mövzulara cavab verməyəcəyini, çünki danışıqların davam etdiyini və razılıq əldə olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.
Daha sonra Eqoyan cavab verib: “Ermənistan Respublikasının ərazisindən keçən istənilən yük müəyyən yoxlanışdan yoxsa, nəzarətdən keçməlidir. Ermənistan Respublikası öz ərazisindən nələrin keçdiyini bilməlidir”.
Ovannisyanın sözlərinə görə isə, Ermənistan Respublikasının səlahiyyətli orqanları onun içindəkilərdən xəbəri olmasa, heç bir yük Ermənistan Respublikasının ərazisindən keçə bilməz.
"Bunun üçün hansı texniki vasitələrdən istifadə ediləcəyi, ER-nin hansı rəsmi orqanının nəzarəti həyata keçirəcəyi hazırda müzakirə olunur. Bu texniki məsələlər müzakirə mərhələsindədir", - deyə erməni deputat bildirib.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ