Onlayn ictimai-siyasi qəzet
“Gəlin dağları rahat buraxaq və bu gün Ordu Günü haqqında danışaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı, hakim “Vıtındaş sazişi” partiyasının üzvü, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri Andranik Köçəryan tərəfindən səslənib.
Qeyd edək ki bu gün Nikol Paşinyan “Əgər biz Ararat haqqında danışarkən orduda islahat aparsaq, o zaman ölkəyə silah satılmayacaq” kimi qəribə cümlə işlədib.
“Əgər siz Paşinyanın sözlərini dərindən qəbul etsəydiniz, bu sualları verməzdiniz. İndi siz müsahibədən götürülmüş hissələrdən danışırsınız, lakin biz bu gün ordunun yaranmasının 33-cü ildönümü ilə əlaqədar bura gəlmişik”, - deyə deyə Köçəryan bildirib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ