Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan sülh sazişi imzalanacağı təqdirdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsinin mümkün olduğunu bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Danışıqlar prosesində bu məsələ müzakirə olunub və olunur. Bizim mövqeyimiz belədir ki, beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi prosesin ən sonunda, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin artıq onu imzalamağa hazır olması bəlli olanda müzakirə oluna bilər. Bu məntiqlidir. Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır" - Paşinyan deyib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ