Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün məlumat yayıb.
Musavat.com bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mühüm hadisə ilə bağlı paylaşım edib.
"İlk sərhəd postu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb" - Paşinyan paylaşımda qeyd edib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ