Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan hər şeyi düzgün etmədiyini etiraf edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında danışıb.
"Mən hər şeyi düzgün etdiyimi deyə bilmərəm, bunu kim deyə bilər? Ola bilsin ki, yalnız Edmon Marukyan kimi xüsusi tapşırıqlar üzrə səfirlər düzgün hərəkət edirlər”, - deyə Paşinyan mətbuat konfransında bildirib.
Qeyd edək ki, Nikol Paşinyan bu yaxınlarda şovinist Edmon Marukyanı vəzifəsindən azad edib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ