İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyana müharibə barədə xəbərdarlıq etmişdim"

"Mən Nikol Paşinyana savaşın başlaya biləcəyi barədə bir ay öncədən xəbərdarlıq etmişdim".

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan feysbuk səhifəsində yazıb.

"14 avqust 2020-ci ildə sənə, Nikol Paşinyan, yazdığım bir fakt var: sentyabrın sonuna qədər müharibə başlayacaq. Sənə diplomatikanı gücləndirməyi, xarici işlər nazirini Moskvaya və digər ölkələrə göndərməyi təklif etdim. Müharibənin qarşısını almaq üçün hər şey etmək lazımdır. Bunu faktlarla sübut edə bilərəm. Sən isə heç nə etmədin. İndi oturub bəhanələr gətirirsən", - deyə Karapetyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR