Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 24-də xalqa müraciətlə çıxış edəcək.
Musavat.com bildirir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Çıxış günün ikinci yarısında olacaq.
Qeyd edək ki, bu, Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsindən sonrakı 4 gün ətzində Ermənistan baş nazirinin üçüncü müraciətidir.
İstisna deyil ki, Paşinyan bu gün keçiriləcək etiraz aksiyası ilə bağlı mövqeyini bildirəcək, həmçinin ermənilərə ünvanlı xilas yolu barədə fikirlərini səsləndirəcək.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ