Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Müqəddəs Taxt-taca (Vatikan) işgüzar səfərə gedib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Paşinyanın Papa Fransisk ilə görüş keçirəcək.
N.Paşinyan səfərilə bağlı sosial media hesabında paylaşım edib. “Qısa iş səfəri üçün Vatikanda olacağam, bu gün qayıdacam. Annanın səfəri daha uzun davam edəcək”, Paşinyan yazıb.
Şərh bölümündə münasibət bildirən erməni istifadəçilər baş naziri “top”a tutublar. Onu ailə-uşağı ilə rəsmi səfərlərə getməkdə ittiham edənlər də olub. A.Akopyan da tənqidlərə məruz qalıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ