İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan-Vardanyan ixtilafı böyüyür

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Xankəndindəki rejim "liderlərini" pozucu bəyanatlar səsləndirməklə vəziyyəti daha da gərginləşdirməməyə çağırıb. O bildirib ki, Xankəndindəki "hökumətin" məsələlərə reaksiyası yerli erməni əhalinin düşdüyü mövcud vəziyyətə asimmetrik olmalıdır.

Paşinyan əlavə edib ki, son illərin hadisələri, onların dərin mənası və səbəbləri o baxımdan nəzərə alınmalıdır ki, vəziyyətə verilən qiymətlər faktlara əsaslanmalıdır. “Bu baxımdan, ilk növbədə, vəziyyəti daha da çıxılmaz vəziyyətə salan siyasi bəyanatlardan çəkinmək lazımdır, çünki son məqsədə nail olmaq üçün aydın ideyalarla müşayiət olunmayan bəyanatların heç bir faydası yoxdur”.

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a şərhində bildirib ki, Paşinyanın bu açıqlaması onunla Xankəndidəki quldur dəstəsi, xüsusən də Ruben Vardanyan arasında ixtilafın olmasının göstəricisi sayıla bilər. Vardanyana Paşinyan ailəsinin soyuq münasibətinin olduğunu Rubenin bir neçə həftə öncə Xankəndində keçirdiyi mitinqə də Paşinyanın həyat yoldaşı Annanın ironik münasibət bildirməsi də üzə çıxarmışdı: “Bəzi fikirlərə görə, Vardanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyi zamanı Paşinyana alternativ tərəf rolunda da çıxış edə bilər. Kremlin onu Qarabağa göndərməsinin məqsədlərindən birinin də bu olduğu qeyd edilir. Paşinyan da bunu bilməmiş deyil. İstənilən halda, Vardanyan Moskvanın, Paşinyan Qərbin adamı kimi qəbul edilir. Ona görə də onların arasnda ixtilaf və ziddiyyətlərin olmasına təbii baxılmalıdır. Amma paradoks ondadır ki, Rusiya daha çox Paşinyanın, Qərb isə Vardanyanın tezislərini müdafiə edir. Qərb Laçın dəhlizinin guya Azərbaycan tərəfindən bağlandığını və açılmasının vacibliyini qabardır. Rusiya isə proseslərə kifayət qədər loyallıq nümayış etdirir. Ola bilər ki , Rusiya bununla Vardanyanın reytunqini qaldırmaq istəyir. Paşinyan isə son açıqlamaları ilə reallığı düzgün qiymətləndirərək öz ölkəsinin maraqlarından çıxış edən tərəf kimi görünür. O , Azərbaycanın şərtlərini qəbul etməklə Ermənistanın maraqlarına xidmət etməyə çalışır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR