Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan "soyqırımı" məsələsinin Ermənistanda və ermənilər arasında danılmaz həqiqət olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, bunun inkar edilməsinin mümkün olmadığını vurğulayıb.
Paşinyan, eyni zamanda, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasını vacib saydığını qeyd edib: "Mən mütləq istərdim ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulsun, dəmir yolu və avtomobil nəqliyyatı üçün sərhəd açılsın, birbaşa işgüzar əlaqələr qurulsun. Qonşularımızla münasibətlərdə bizə ilk növbədə sülh və yaxşı münasibətlər lazımdır."
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Bununla belə, tərəflər hələ də bir sıra əsas məsələlərdə fikir ayrılıqları yaşayır.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ