İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan tezliklə onların əlini öpə bilər - Keçmiş səfirdən SENSASİON AÇIQLAMA

"Təcavüzkar erməni ordusunun Can Azərbaycanın Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində törətdiyi təxribat əməllərini qətiyyətlə pisləyirəm. Şəhidlərimizə rəhmət diləyirəm, ailələrinə və yaxınlarına başsağlığı verirəm. Vətən sağ olsun deyirəm. Yaralılara isə şəfa diləyirəm".

Bunu Musavat.com-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, Azərbaycanın 50 şəhid verməsi Türkiyədə böyük üzüntüyə səbəb olub:

hulusi-kilic.jpg (27 KB)

"Azərbaycanın qəhrəman və güclü ordusu ermənilərə lazım olan dərsi verib və 200-dən çox erməni əsgərini məhv edib. Yenə də itirən Ermənistan oldu. Ermənistan dünyanın gözü qarşısında dinc əhaliyə qarşı hücuma keçir. 44 günlük müharibədə gecəyarısı Gəncəyə 2 raketin atılmasını, Mingəçevirə, qəbiristanlıqlara atılan raketləri unutmuruq. Azərbaycan hər zaman barış əlini uzadarkən Ermənistanın hücumları göz qabağındadır. 31 avqustda Brüsseldə razılaşma əldə olundu. İki ölkənin xarici işlər nazirlərinin bu ay ərzində bir araya gəlməsi və noyabrda iki liderin təkrar görüşərək sülh anlaşması üzərində durmaları nəzərdə tutulurdu. Brüssel razılaşmasından 12 gün sonra Ermənistanın bu cür təxribatlara əl atması prosesə təsir edir. Bu, Türkiyə-Ermənistan əlaqələrinin normallaşma vaxtına da təsirsiz ötüşməyəcək. Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır. Türkiyə-Ermənistan əlaqələrinin normallaşma müddəti Ermənistan-Azərbaycan sülh anlaşmasının imzalanmasına bağlıdır. Ermənistan bu proseslərə zərər verməkdədir. Bu dövlət reallıqla barışmalıdır".

Hulusi Kılıç bildirib ki, Nikol Paşinyanın gecəyarısı Fransa prezidenti Emmanuel Makrona, Rusiya lideri Vladimir Putinə, ABŞ dövlət katibi Entoni Blinkenə zəng etməsi düşündürücüdür:

"Paşinyan onlardan heç bir fayda əldə edə bilməyəcəyini bilməlidir. Məsələnin həlli rəsmi Bakıdır. Bakıya zəng etsin, Ankaraya zəng etsin. Ermənistan yanlış ünvanlara gedir. Əgər gücün yetmirsə, başqa yerdən dəstək istəyirsənsə, niyə təxribatlar törədirsən? Brüssel anlaşmasına görə, artıq yeni bir gerçəkliyə doğru getmək lazımdır. Ermənistan sülh anlaşmasının vaxtına balta vurur, prosesə zərər vuran addımlar atır. Biz istəyirik ki, Ermənistan normal qonşu olsun, yaxşı münasibətlərimiz olsun. Həm Azərbaycanda, həm də Türkiyədə erməni əsilli insanlar yaşayır. Bacarıqsız liderlər xalqına zərər verir. Bu proseslərdən ən çox erməni xalqı əziyyət çəkir. Ermənistanın gücü gündən-günə azalmaqdadır. Cənab Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzatdığı əli sıxın, öpün, bu əl dostluq əlidir. Bu əldə erməni xalqına çörək var".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR