Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Musavat.com bildirir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak ediblər.
Bildirilir ki, iclasda Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid məsələlər müzakirə edilib. Ermənistan ordusunun şərti sərhədlərdə hərəkətlənməsi fonunda Təhlükəsizlik Şurasının toplanması diqqət çəkir.
Musavat.com
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ