Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan tələblərinə məhəl qoyulmayacağı təqdirdə Rusiya telekanallarını bağlayacağı ilə hədələyib.
Musavat.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.
"Əgər bu tələblər yerinə yetirilməsə, heç bir ölkə KİV-lərinin Ermənistan ərazisində yayımını davam etdirməsi mümkün deyil”, - deyə Paşinyan bildirib.
Bundan əvvəl Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan ölkəsinin Rusiya telekanallarına qadağa qoymaq istəmədiyini, lakin məzmuna görə məsuliyyətin olması üçün müqavilənin dəyişdirilməsini zəruri hesab etdiyini bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ