Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün özünün məşhur “artsax Ermənistandır, vəssalam” ifadəsini xatırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, parlamentdə büdcə müzakirələri zamanı danışıb.
“2016, 2017, yoxsa 2018, Qarabağ nədir? Qarabağ müstəqil dövlətdirmi, “yox” ona görə ki, müstəqil dövlətin öz atributları var, indiyə qədər bizim dost və dost olmayan ölkələr deyirlər ki, “belə olsaydı, tanıyardınız”. Eyni zamanda bizi vətənə xəyanətdə ittiham edirlər, ondan əvvəl mən deputat olmuşam və bunu tanımaq üçün bir neçə müxalifət təşəbbüsü olub, “yox” dedik, Qarabağ müstəqil dövlət deyil, yaxşı, Qarabağ Azərbaycanmı?, “yox”, Qarabağ Azərbaycan deyil, çünki kim cəsarət edib desə ki, Qarabağ Azərbaycandır, onun başına nə gələcəyi aydın idi. Qarabağ Ermənistandır, yox, Qarabağ Ermənistan deyil, yaxşı, Qarabağ müstəqil deyil, Ermənistan deyil, Azərbaycan deyil, bəs onda Qarabağ nədir?”, - deyə Paşinyan bu sözləri sərf edib.
Baş nazir son 4 ildə hər gün özünə suallar verdiyini və onlara cavab verdiyini, cavablarından birini bu gün ictimaiyyətlə bölüşdüyünü bildirib.
“2019-cu ildə nə baş verdi və bu, nə dərəcədə doğru idi və ya mənim həyata keçirdiyim siyasətlər nə dərəcədə doğru və ya yanlış idi? Lap əvvəldən dövlətin xilası üçün şans əldə etmək barədə düşünürsünüzsə, deməliyəm ki, bizim apardığımız siyasət nə doğru, nə də yanlış olub, lakin bu, yeganə mümkün variant idi və indi də belədir. Bu seçim bizə bu gün dövlətə sahib olmaq şansı verir”, - deyə Nikol Paşinyan deyib.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ