Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2025-ci ilin noyabrına qədər yeni Polis Qvardiyası yaradılacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər nazirinin müavini Arpine Sarkisyan, parlamentin iclasında qanunvericilik təşəbbüsü ilə bağlı müzakirələr zamanı məlumat verib.
Sarkisyanın sözlərinə görə, əvvəlcə qvardiyanın 2025-ci ilin martında formalaşdırılması planlaşdırılmışdı, lakin təşkilati məsələlər səbəbilə bu müddət gələn ilin noyabrına qədər təxirə salınıb.
Bundan başqa, qızğın müzakirələr nəticəsində qanun layihəsindəki bəzi müddəalar yenidən nəzərdən keçirilib. Belə ki, əvvəlki variantda baş nazirin hərbi vəziyyət zamanı Polis Qvardiyasına birbaşa hərbi əmrlər və göstərişlər verməsi nəzərdə tutulurdu. Lakin son dəyişikliyə əsasən, bu müddəa qanun layihəsindən çıxarılıb. Nazir müavini qeyd edib ki, hərbi vəziyyət elan olunsa, yeni yaradılacaq Polis Qvardiyası xüsusi tapşırıqlar yerinə yetirmək üçün hazırlıqlı olacaq.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ