İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan onu qovmaq istəyir - ŞOK İDDİA

“Tiqran Avinyanın İrəvan meri vəzifəsində işləməsindən bir il sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ağsaqqallar Şurası vasitəsilə ona etimadsızlıq votumu təşkil etmək istəyir”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Paşinyan onun yerinə vitse-mer Armen Pambuxçyanı təyin edəcək.

“Avinyan bu cür münasibətə “layiq olmaq” üçün nə edib? Deyirlər ki, Paşinyan ona güvənmir, xüsusən də mer olandan sonra Avinyan daha müstəqil olub. Ermənistan baş naziri isə müstəqilləri sevmir. Üstəlik, son vaxtlarda Avinyana yaxın şəxslər “vurulur”. Məsələn, Arabkir rayonunun rəhbəri Aram Azatyana qarşı açılan cinayət işi bu qəbildəndir. Yaxın gələcəkdə etimadsızlıq səsverməsinə yol açacaq yeni qalmaqallı açıqlamalar ortaya çıxa bilər. Qanun bələdiyyə sədrinə seçildikdən sonra bir il toxunulmazlıq verir, yəni o, oktyabrın 10-dək toxunulmazdır. Lakin Paşinyanın partiyası İrəvan Ağsaqqallar Şurasında çoxluğa malik deyil. Üstəlik, Avinyan Aram Sarkisyan və Vardan Qukasyanın siyasi qüvvələri sayəsində mer oldu”, - deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR