Onlayn ictimai-siyasi qəzet
Noyabrın 9-dan (2020-ci il) sonra məni Şuşanı təslim etməkdə ittiham etdilər, dedim ki, bu, araşdırılmalıdır. Bir nəfər həbs olundu, daha sonra həbs olunan şəxsin müdafiəsi üçün çıxışlar başladı. İndi Şuşanın süqutu epizodunun araşdırılmasını istəyirsiniz, yoxsa yox? Yoxsa mənim təqsirli olmadığım üzə çıxanda istintaqa cəlb olunmaq istəyirsiniz?
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərfindən iyulun 25-də keçirdiyi mətbuat konfransında səslənib.
“Məni torpaqları təslim etməkdə suçlayırlar. Mən isə deyirəm ki, bütün hərbi epizodlar araşdırılmalıdır”,-deyə Paşinyan qeyd edib.
Paşinyan Vanadzor meri Mamikon Aslanyan, keçmiş müdafiə naziri David Tonoyan, Qarabağ separatçılarının keçmiş qondarma “müdafiə naziri” Mikael Arzumanyan, general Qriqori Xaçaturov və keçmiş təhsil naziri Armen Aşotyanın siyasi məhbus olduğunu istisna edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ