İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçirərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, Paşinyan bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Münxen konfransında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz son regional hadisələr, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə müzakirələr apardıq", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, görüşdə tərəfdaşlığın əsas məsələləri nəzərdən keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR