İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hələ ədliyyə naziri seçə bilmir: “Qorxurlar”

“Tezliklə ədliyyə naziri seçəcəyik”- Ermənistanın İqtisadiyyat Naziri Gevorq Papoyan hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada belə bildirib.

Musavat.com xəbər verir ki, yerli jurnalistlər Ermənistan nazirindən niyə ölkənin ən mühüm vəzifələrindən birinin hələ də vakant qaldığını soruşublar.

Papoyan, "namizədlər çoxdur və onlar Ədliyyə Nazirliyinə yaxşı rəhbərlik edə bilərdilər. Lakin müxtəlif səbəblərə, o cümlədən hazırkı işlərinə və məsuliyyətlərinə görə, təəssüf ki, nazir olmaqdan imtina ediblər,"- deyə cavab verib.

Jurnalistlərin “tərəfdarlarınız niyə nazir olmaqdan qorxurlar?” sualına isə Papoyan, "hökumət işi daha çətindir. Həm işin çoxluğu, həm də məsuliyyət baxımından daha ağırdır,"-deyə cavab verib. Bu sözlərlə Papoyan, əslində, jurnalistlərin sualını təsdiqləmiş olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR