Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib.
Musavat.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Paşinyanı Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze qarşılayıb.
Bu gün onlar UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan və Ermənistan milli komandalarının futbol matçını birlikdə izləyəcəklər.
"Mən erməni həmkarımla birlikdə bu gün milli komandalarımız arasında keçiriləcək futbol oyununda iştirak etməyi səbirsizliklə gözləyirəm. Arzumuz həm idmanın, həm də insanlar arasındakı münasibətlərin inkişafına töhfə verməkdir", - Kobaxidze "X" sosial şəbəkəsində yazıb.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ