İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil"

İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib:

“Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”.

Paşinyanın xatırladıb ki, 1991-ci ildə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Rusiya və Ukrayna bir-birinin sərhədlərini tanıyan Alma-Ata Bəyannaməsini imzalayıb. Paşinyan bu sənədi “respublikaların ərazi bütövlüyünün tanınması” adlandırıb.

“Eyni məntiq Ukrayna məsələsinə də aiddir. Bəyannamə hər kəsə aiddir. Əgər biz onu məhv etsək, hər şey çökə bilər”, - Paşinyan qeyd edib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR