İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan demarkasiyadan danışarkən suyu üstünə dağıtdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan demarkasiya prosesindən danışıb.

Bu barədə Nikol Paşinyan "TikTok" səhifəsində video paylaşıb.

"Demokratiya şəraitində suverenliyin ən mühüm atributu ondan ibarətdir ki, öz hüquq və vəzifələrinin miqyasını xalq müəyyən edir, yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, xalq qərar verir. Həmçinin bu hüquq və vəzifələrin tətbiq olunduğu ərazi haqqında təsəvvürün olması vacibdir, - Paşinyan qeyd edib.

Onun fikrincə, ərazi göstərilmədən suverenlik, hüquq, hətta dövlətçilik bulanıqlaşır və demək olar ki, tətbiq olunmur və hətta qeyri-mümkün olur: "Tavuş bölgəsində gördüyümüz işin bu məqsədi var. Onun çərçivəsində vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək".

Baş nazir ermənilərə əyani şəkildə su və stəkanla misal göstərməyə çalışıb. Bu zaman su onun üzərinə dağılıb.//"Unikal" 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR