Onlayn ictimai-siyasi qəzet
Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağı bacarmalıyıq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də Davosda, Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz bu istiqamətdə də işləyirik. Məndən adətən soruşurlar ki, bu məsələdə optimistəm, yoxsa pessimist? Mən nə optimist, nə də pessimist deyiləm. Mən praqmatistəm. Sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləmək lazımdır. Əsas və məncə, ən əsası sülh gündəmindən kənara çıxmamaqdır”, - deyə Paşinyan qeyd edib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ