İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “başları kəsməyə” hazırlaşır – Böyük təmizləmə başlayır

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü və Parakardakı qalmaqallı seçkilərdən sonra hakim partiyada ciddi dəyişikliklər etməyi planlaşdırır.

Musavat.com
xəbər verir ki, “Graparak” qəzetinin məlumatına görə, Paşinyan bütün komandasından narazı olduğunu göstərmək və seçkiöncəsi verdiyi vədi yerinə yetirmək istəyir.

O, hakim “Vətəndaş Müqaviləsi” partiyasının məğlubiyyəti halında “başların gedəcəyini” bildirmişdi.

Nəşr yazır ki, Paşinyan partiyasının iki üzvü – Andranik Koçaryan və artıq istefa vermiş Vilen Qabrielyanı sıralardan kənarlaşdıracaq.

Qəzetin iddiasına görə, bəzi dairələrin göstərişi ilə Qabrielyan qəsdən Gümrüyə göndərilib və məqsəd hakim partiyanı nüfuzdan salmaq olub. Onun davranışı ilə bağlı məsələ partiyanın rəhbər orqanlarında müzakirəyə çıxarılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR