İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Azərbaycanla bu bəyanatı imzalamaq mümkündür

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir.

“Report” xəbər verir ki, bu barədə o, Estoniyada keçiriyi mətbuat konfransında danışıb.

Bildirib ki, Ermənistan regionda davamlı sülhə nail olmaq üçün qəti mövqeyə malikdir: “Biz bu yolda lazımi addımları atmaqda qətiyyətliyik, mövcud problemləri qonşularımızla konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə hazırıq”.

“Mən Estoniya Baş naziri ilə söhbət zamanı artıq razılaşdırılmış sülh sazişi mətnini imzalamağa hazır olduğumu təsdiqlədim, həmçinin qeyd etdim ki, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında Azərbaycanla birgə bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edirəm", - Paşinyan vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR