İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb - Azərbaycanı müzakirə ediblər

Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Telefon danışığının məzmunu haqda geniş məlumat verilmir. Ümumi icmal belədir ki, danışıq zamanı Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələ müzakirə edilib. Paşinyan qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 2023-cü il oktyabrın 5-də Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarlar qəbul etməyə hazırdır.

Nikol Paşinyan bu prinsipləri təhrif etmək cəhdlərini qəbuledilməz hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR