Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan dünən Tavuşda kənd rəhbərlərinə “təslim olacaqlarını” deyib.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu iddianı erməni politoloq Suren Petrosyan deyib.
Onun sözlərinə görə, Paşinyan “təslim olmaq qaçılmazdır” deyə bildirib.
“Hakimiyyət hər kəsi fakt qarşısında qoydu və təşkilatlanmağa, mübarizə aparmağa vaxt qalmadı”, - o bildirib.
Qeyd edək ki, Paşinyanın dünən keçirdiyi görüş 5 saat çəkib. Gərgin keçən görüş gecə saat 23:30-a qədər davam edib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ