Onlayn ictimai-siyasi qəzet
"Bu gün saat 11:50-də Binəqədi rayonu, A.Kunanbayev küçəsində yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb".
Musavat.com bildirir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb, 3 nəfər xəsarət almadan dağıntılar altından çıxarılıb.
Rza Xudiyev həmçinin qeyd edib ki, hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hadisə nəticəsində ümumi sahəsi 13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetri sahəsi dağıntılara məruz qalıb.
Xalidə Gəray,
Foto müəllifindir,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ