İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin komitə sədrindən ilginc paylaşım və SOS siqnalı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkədəki şəxsi səhifəsində maraqlı paylaşımı ilə diqqət çəkib. Komitə rəhbəri | müasir nəzəri fizikanın yaradıcılarından biri, Nobel mükafatçısı Albert Eynşteynin “Kənd təsərrüfatını inkişaf etdirməyən ölkə intihara doğru gedir. İnkişaf etmiş bir ölkənin səmasında nə qədər çox təyyarənin deyil, nə qədər çox arının üçması önəmlidir. Əgər arılar ölərsə, insanlar də öləcəkdir”, fikirlərini bölüşüb. Bu paylaşımın Kənd Təsərrüfatı Nazirliyinə ünvanlandığı barədə yanaşmalar ortaya çıxıb. Bəs, əslində T.Mirkişili bu paylaşımı ilə kimlərə ismarış yollayıb?

Musavat.com-a açıqlamasında komitə sədri bildirdi ki, əslində bu payaşımla hansısa quruma eyham vurmaq istəməyib. Kənd Təsərrüfatı Nazirliyinin də problemlərin həlli üçün əlindən gələni etdiyini bildirən T.Mirkişili məsələyə ümumi yanaşmağın tərəfdarıdır: “Cənab Prezident sə çıxışında bu məsələlərə toxunmuşdu, aqrar sektorun inkişaf etdirilməsindən, ərzaq təhlükəsizliyi məsələsindən bəhs etmişdi. Görünən budur ki, qarşıdan ciddi iqtisadi böhranın gəlməsi gözlənilir. Bu şəraitdə ən böyük təhlükə aclıq, qıtlıq və ərzaq qiymətləri olacaq.Bunun qarşısını almaq üçün isə aqrar sektorun, aqrar sənayenin daha da inkişaf etdirilməsinə daha çox diqqət vermək lazımdır”.

 Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR