İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris merindan Azərbaycana qarşı təxribat-Qarabağ terrorçusu ilə bir arada-Fotofakt

Fransa dövləti Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə sayğısız hərəkət edib. Belə ki, mayın 27-də Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın suveren ərazilərindəki qanunsuz rejimin rəhbərliyi ilə bir araya gəlib.

Paris meri görünür Azərbaycanın xəbərdarlığını nəzərə alaraq Rusiya sülhməramlılarının müvəqqəti təsir dairəsində olan Xankəndiyə gəlməyə cürət etməyib. Belə ki, görüş Ermənistanda, Zəngəzurun Gorus bölgəsində baş tutub. Musavat.com erməni mediasına istinadən bildirir ki, fransızlar Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanla görüşüblər. Qeyd olunub ki, A.Arutyunyan Paris merinin “təşəbbüsü və cəsarətindən məmnunluğunu” ifadə edərək vurğulayıb ki, “artsax hakimiyyəti” Fransanın siyasi dairələri ilə dövri təmasları yüksək qiymətləndirir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ann Hidalqo qeyd edib ki, Paris humanitar proqramlar çərçivəsində “artsax xalqını” dəstəkləmək üçün lazımi səyləri göstərməyə hazırdır.

Sonra qondarma rejimin “qanunvericilik və icra hakimiyyəti orqanlarının”nümayəndələri, Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan, ARF Bürosunun üzvləri, Fransadakı Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının məsul şəxslərinin, Qubernatorun iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Humanitar məsələlərin geniş spektri müzakirə olunub.

Beləliklə, Fransa separatçıları, barəsində İnterpol xətti ilə axtariş elan olunan terrorçunu “tərəf” kimi tanımaqla növbəti dəfə təxribata imza atdı və cavabını mütləq almalıdır.

Gözləyək…

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR