Onlayn ictimai-siyasi qəzet
Paris meri Ann İdalqo Fransa Prezident Emmanuel Makronun iyunun 9-da keçirilmiş Avropa Parlamentinə seçkilərdə uduzduqdan sonra ölkə parlamentini buraxmaq qərarından şoka düşüb.
“Report” xəbər verir ki, barədə Fransa paytaxtının meri AFP agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu qərar qarşıdan gələn Olimpiya Oyunlarının keçirilməsinə təsir edə bilər: “Prezidentin Olimpiya Oyunları öncəsi parlamentin buraxılması barədə qərar verdiyini eşidəndə məəttəl qaldım, şoka düşdüm. Olimpiada ərəfəsində parlamentin buraxılması çox narahatedicidir”, - o deyib.
Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ