İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın keçmiş baş naziri daha bir cəzaya məhkum edildi

Ravalpindi məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibini boşandıqdan sonra qanundankənar erkən toy etdiklərinə görə 7 il həbs cəzasına məhkum edib. 

Bu siyasətçi üçün həftə ərzində üçüncü məhkumluq qərarı olub.  

Bundan əvvəl o, dövlət sirrini açıqlamaqda təqsirli bilinərək 10 il, həyat yoldaşı ilə birlikdə korrupsiyaya görə isə 14 il azadlıqdan məhrum edilib. 

Xanın nümayəndələri bildiriblər ki, hər üç iş üzrə apelyasiya şikayəti veriləcək. 

Mənbə: dw.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR