Onlayn ictimai-siyasi qəzet
Pakistan "Abdali" adını verdiyi ballistik raketini uğurla sınaqdan keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press (AP) Pakistan hərbi rəsmilərinə istinadən yayıb.
Agentlik qeyd edir ki, "yer-yer" tipli raketin uçuş məsafəsi 450 km olub.
Pakistan ordusu bildirib ki, buraxılış raketin təkmil naviqasiya sistemi və təkmilləşdirilmiş manevr qabiliyyəti də daxil olmaqla “qoşunların əməliyyat hazırlığını və əsas texniki parametrlərini” yoxlamaq məqsədi daşıyıb.
Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif "uğurlu sınaqdan sonra hər kəsi təbrik ediblər".
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ