Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşım edib.
"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!", - paylaşımda deyilir.
NATO faktiki olaraq Ukraynadakı münaqişəyə tam cəlb olunub. Artıq bunu öz adı ilə demək lazımdır. Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib.
Alyansın Vaşinqtonda keçirilən sammitinin yekunları barədə danışan Kreml rəsmisinin sözlərinə görə, NATO qarşıdurma alyansı kimi mahiyyətini yenidən “çox qabarıq şəkildə” təsdiqləyib.
NATO-nun Ukraynanı qəbul etmək planları Rusiyanı məğlub etmək istəyi ilə bağlıdır. Rusiya Federasiyası NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə doğru hərəkətinin davam etdiyini görür.
NATO-nun hərəkətləri Rusiya Federasiyası tərəfindən alyansa qarşı təsirli tədbirlər tələb edəcək", - deyə Peskov vurğulayıb. Rusiya Prezidentinin sözçüsü nüvə doktrinasına düzəlişlərlə bağlı müzakirələrin davam etdiyini, lakin bunun Qərbi yeganə çəkindirmə üsulu olmadığını söyləyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla hadisələri dəyərləndirir.
Youtube səhifəsinin ünvanı:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ