İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Hindistanı hədələdi: "Cavabımız dağıdıcı olacaq"


Pakistan müdafiə naziri Xavaca Asif ölkəsinin Hindistana qarşı hərbi əməliyyat planlaşdırmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, nazir bu barədə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Pakistan qonşu dövlətlərlə sülh və əməkdaşlıq münasibətlərinə üstünlük verir və müharibə istəyən tərəf deyil.

Bununla belə, Xavaca Asif vurğulayıb ki, Hindistan tərəfindən Pakistana qarşı istənilən təxribat və ya düşmən hərəkətləri cavabsız qalmayacaq:

"Əgər Hindistan ölkəmizə qarşı hər hansı təcavüzkar addım atarsa, bizim cavabımız gözləniləndən daha sərt və daha dağıdıcı olacaq. Biz öz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik", – deyə nazir bildirib.

Ekspertlər hesab edirlər ki, Xavaca Asifin bu açıqlaması iki nüvə silahına malik qonşu ölkələr arasında onsuz da gərgin olan münasibətləri bir qədər də qızışdıra bilər. Son aylarda Kəşmir bölgəsində artan gərginlik fonunda verilən bu sərt bəyanat regionda yeni təhlükəli eskalasiyaların başlaya biləcəyinə işarə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR