İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü yandırmaq istədi: CƏRİMƏLƏNDİ

Sabirabad rayonunda kimsəsi olmadığı üçün özünü yandırmaq istəyən şəxs cərimələnib.

Hadisəyə görə 1971-ci ildə Saatlı rayonunun Afanyeri kəndində anadan olmuş II qrup əlil O.C. saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Özünə xəsarət yetirmək istəyən şəxs məhkəmədə kimsəsiz olduğunu və bu halın onu bezdirdiyini, ağrıları çox olduğu üçün hadisəni törətmək istədiyini bildirib:

"Kimsəm olmadığına görə bir şüşə benzini götürüb, özümü yandırıb, öldürmək istədim. Fikirləşdim ki, öləndən sonra heç olmasa polislər mənim dəfnimi təşkil edərlər. Əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm".

Məhkəmənin qərarı ilə O.C. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 50 manat miqdarında cərimə tətbiq edilib.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR