İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü vəkil kimi təqdim edib qadınlardan pul tələb edən şəxs SAXLANILDI - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib.

Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.

S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR