Onlayn ictimai-siyasi qəzet
Özbəkistan Daxili İşlər Nazirliyi kvadrober hərəkatının yetkin iştirakçılarına xırda xuliqanlıq üçün mümkün cəzalar barədə xəbərdarlıq edib.
Musavat.com “Uz Daily” nəşrinə istinadən xəbər verir ki, idarə Daşkənddə bu cür hərəkətləri vətəndaşlara hörmətsizlik, həmçinin ictimai asayişin və əmin-amanlığın pozulması kimi qiymətləndirilə bilər.
İnzibati məcəllənin 43-cü maddəsinə əsasən, kvadroberlik edən azyaşlıların valideynləri və ya onların qanuni nümayəndələri tərbiyə və təhsil vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə beş əsas hesablama məbləğinə qədər cərimə edilə bilər.
Bir il ərzində təkrar pozuntu halında cərimə 5 ilə 10 dəfə artırıla bilər.
Vətəndaşları təhqir etdikdə, təqib etdikdə və ictimai qaydanı pozduqda yetkinlik yaşına çatmış şəxslər İnzibati Xətalar Məcəlləsinin üçdən beşədək miqdarda cərimə və ya 15 sutka müddətinə inzibati həbs nəzərdə tutan 183-cü maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Daxili İşlər Nazirliyi valideynləri və qəyyumları uşaqların yetişdirilməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.
Kvadroberlər heyvanların hərəkətlərini və vərdişlərini təqlid edən insanlar, daha çox yeniyetmələrdir. Müxtəlif çap mediasında belə imitasiya subkultura və/yaxud xüsusi qeyri-rəsmi idman növü kimi qəbul edilir. Bəzi ölkələrdə kvadroberlərə olan maraq biznesləri onlar üçün məhsul istehsal etməyə stimullaşdırıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ