İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda saxlanılan şəxslər dərhal müayinə ediləcək

Özbəkistanda şübhəli şəxs qismində saxlanılan şəxsləri zorakılıq və işgəncələrdən qorumaq üçün yeni qaydalar qəbul edilib: indi onların hər biri - istintaq təcridxanasına gəldikdən dərhal sonra həkimlər tərəfindən müayinədən keçirilməlidir.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, tibbi müayinə bilavasitə istintaq təcridxanasında - məhbus gətirilldikdən sonra iki saatdan gec olmayaraq aparılmalıdır. Onun əsas məqsədi hər hansı bədən xəsarətlərini, zorakılıq və ya işgəncə əlamətlərini müəyyən etməkdir.

Saxlanılan şəxs razılaşarsa, onun vəkili də müayinədə iştirak edə bilər.

Müayinənin nəticələrinə əsasən xüsusi blankda rəsmi tibbi rəy veriləcək.

Həkimlər xəsarət aşkar edərsə, bu məlumat işgəncə və ya qanunsuz zorakılığın gizlədilməsinin qarşısını almaq üçün dərhal prokurora ötürüləcək .

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR