İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda ölkəmizə dair müsabiqənin nominasiyalarını elan edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2024-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib.

Müsabiqədə müxtəlif aktual mövzular üzrə nominasiyalar müəyyənləşdirilib. Nominasiyalar arasında Azərbaycan-Özbəkistan, Türk dünyası arasında tarixi dostluq, əməkdaşlıq, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu yer alıb və bu mövzularda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub. Qeyd olunan mövzular üzrə “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri layihəsi”,  “İlin sənədli filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək xadimi”, Özbək mətbuatında dostluğumuz, Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan (qəzet, jurnal, sayt, televiziya kanalı, radio), habelə Özbəkistanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid ilin layihəsi və  başqa  mövzular üzrə qaliblər müxtəlif nominasiyalarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.

2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır.

Bununla əlaqədar, Mərkəz müsabiqədə mətbuat üzrə COP-29 Beynəlxalq ekoloji təşkilatda Azərbaycanın rolu, ətraf mühitin mühafizəsi və onu necə xilas etmək, tullantısız mühit və texnologiyalar, yaşıllıqların qorunması və artırılması, iqlim dəyişiklikləri mövzularını təşviq edən məqalələrə üstünlük verəcək və bu mövzular üzrə nominasiyalar daxil edib.

Bildiyimiz kimi İSESKO tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Sözügedən hadisə ilə əlaqədar “Şuşa – İslam dünyasının Mədəniyyət paytaxtı” adlı nominasiya müsabiqədə yer alıb. Bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin uğurlu siyasəti, rəşadətli Azərbaycan ordusunun Şuşanı azad etməsi, Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi və s. barədə məqalələr əsas götürüləcəkdir.

Eyni zamanda Özbəkistan Respublikasında 2024-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “Gənclərə və biznesə dəstək ili” elan edilməsi ilə əlaqədar builki müsabiqədə xüsusi nominasiya elan edilib. Nominasiyada gənclərin milli dəyərlərə əsaslanaraq intellektual inkişafı, onların elm və texnologiyalara yiyələnməsi, güclü iqtisadiyyatın qurulması, biznesin,  innovasiyaların dəstəklənməsi  mövzularına önəm veriləcəkdir.

Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan “Media-tur”da iştirak etmək imkanı əldə edəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu “Media-tur” zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

Müsabiqə haqqında əlavə məlumatı Azərbaycan Mədəniyyət Mərkəzinin https://azculture.uz saytında «Müsabiqələr» bölməsində əldə etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR