İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda fırıldaqçılar alver adıyla külli miqdarda vəsait ələ keçiriblər

Özbəkistanın hüquq-mühafizə orqanları alver adı altında internet fırıldaqçılığı ilə məşğul olan qrupun fəaliyyətini dayandırıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kibertəhlükəsizlik mərkəzindən məlumat verilib.

İstintaqın fikrincə, sxem iştirakçıları insanlara “gəlirli” layihələrə – guya valyuta, neft və digər aktivlərin ticarətinə investisiya qoymağı təklif ediblər. Etibar qazanmaq üçün onlar mənfəətin saxta ekran görüntülərini və saxta “müştəri” rəylərini göstərdilər.

Pul köçürüldükdən sonra onlar zərərçəkənlərə balansında artım göstəriblər, bununla da “qarmağa ilişənlər”i daha çox investisiya qoymağa inandırıblar. Zərərçəkmişlərdən biri 20 milyon somdan çox pul köçürüb. Cizzax rayonunun daha iki sakini fırıldaqçılara 4,8 və 3,8 milyon som göndərib.

Sxem saxta Telegram hesabları vasitəsilə fəaliyyət göstərib. Xüsusi əməliyyat nəticəsində ölkənin üç rayonundan doqquz nəfər - altı kişi və üç qadın saxlanılıb.

Axtarışlar zamanı onların bank kartları, telefonları və noutbukları götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu cür informasiyaları yadda saxlamaq ona görə vacibdir ki, belə işlərlə məşğul olanlar bir qayda olaraq bütün postsovet ölkələrdə fəaliyyət göstərirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR