İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan-Qazaxıstan sərhədində 450 metrlik tunel aşkarlanıb

Qazaxıstan və Özbəkistan sərhədində təxminən iki ay ərzində hər gün neft məhsullarının qaçaqmalçılıq yolu ilə keçirildiyi 450 metrlik tunel aşkarlanıb və ləğv edilib.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, Qazaxıstan və Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları birgə cinayətkar qrupun fəaliyyətini dayandırıb və Qazaxıstan-Özbəkistan sərhədində inşa edilmiş 450 metr uzunluğunda tuneli məhv ediblər.

Qazaxıstanın Türküstan vilayəti prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qaçaqmalçılar tunel vasitəsilə təxminən iki ay ərzində hər gün 5-7 ton neft məhsulları ixrac ediblər.

Özbəkistan və Qazaxıstan vətəndaşlarından ibarət transmilli cinayətkar qrupun bütün üzvlərinin kimliyinə gəlincə, onların şəxsiyyəti müəyyən edilərək saxlanılıb. Qonşu dövlətdən yanacaq üçün vəsaitin köçürülməsi sxemi də üzə çıxıb. Faktla bağlı ibtidai istintaq aparılır.

Xatırladaq ki, bu ilin yayında Özbəkistan və Qazaxıstan arasında üç yüz metrlik tunel aşkar edilib və bu tunel vasitəsilə qaçaqmalçılıq yolu ilə Hindistan istehsalı olan bir milyard sumluq dərman preparatları daşınıb. 2024-cü ilin yazında isə Qırğızıstanın Cəlalabad vilayətində yeraltı tunel aşkar edilib, oradan insanlar və yüklər Özbəkistana keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR