Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda məişət zorakılığı hallarında boşanma sadələşdiriləcək. Ailədaxili zorakılığın qurbanı tələb edərsə, nikahın pozulmasına dair işlərə barışıq üçün müddət qoyulmadan sadələşdirilmiş qaydada baxılacaq.
Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, müvafiq qanun layihəsini hazırlamaq Nazirlər Kabinetinə və Ali Məhkəməyə tapşırılıb. Həmçinin mülki məhkəmələrdə ailə münaqişələri üzrə ixtisaslaşmış məhkəmə korpusu yaradılacaq.
Dekabrın 21-də Özbəkistan prezidentinin imzaladığı qadınlara dəstək haqqında fərmanda nəzərdə tutulub.
Bundan əlavə, gələcək qanun layihəsində məhkəmənin qərarı ilə mənzilə məcburi girişlə bağlı yenilik nəzərdə tutulmalıdır.
Qərara əsasən, rayonlararası mülki məhkəmələrdə ailə münaqişələrinə baxılması üzrə ixtisaslaşmış məhkəmə korpusu yaradılacaq.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ