İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan klubu Rivaldo və Denilsona borcunu ödəməyə məcbur edilir

FİFA-nın qərarına əsasən, Özbəkistanın "Bunyodkor" aprelin 7-dək sabiq futbolçuları Rivaldo və Denilsona 10 milyon avroya yaxın borcunu ödəməli idi.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, martın 30-da tərəflər yeni razılığa gəliblər.

Fevralın 7-də FİFA "Bunyodkor"un keçmiş futbolçuları Rivaldo və Denilsonun şikayətləri əsasında yeni iş açıb. 15 gündən sonra klub qərara gəlib ki, braziliyalılar qarşısında öhdəliklərini yerinə yetirməlidir.

Danışıqlardan sonra tərəflər martın 30-da razılığa gəliblər.

Yeni müqaviləyə əsasən ödənilməli olan məbləğlər əhəmiyyətli dərəcədə azaldılıb. Bundan əlavə, razılaşdırılmış məbləğ 2026-cı ilə qədər Denilsona üç hissədə ödənilməli idi. Rivaldoya ödənişlər isə 2028-ci ilə qədər ildə bir dəfəyə həyata keçiriləcək.

Xatırladaq ki, martın 26-da “Bunyodkor” klubuna FİFA İntizam Komitəsindən beynəlxalq və milli səviyyədə yeni futbolçuların qeydiyyata alınmasına qadağa qoyulması ilə bağlı məktub daxil olub. Tələb əsas və gənclərdən ibarət komandalara şamil edilir.

Cəzaya səbəb “Bunyodkor” klubu ilə komandanın sabiq futbolçuları Rivaldo və Denilson arasında uzunmüddətli mübahisə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR