İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan: bir dəfə aldanmışları yenidən aldadan dələduzlar peyda olub

Özbəkistanda fırıldaqçılar yeni mərhələyə adlayıblar. Onlar artıq başqa fırıldaqçılar tərəfindən bir dəfə aldadılmış “qurbanlar”a pullarının qaytarılmasında köməklik göstərəcəklərini vəd edir, həmin şəxsləri yenidən aldadır, pullarını mənimsəyirlər.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, Özbəkistanın Daxili İşlər Nazirliyinin kibertəhlükəsizlik mərkəzi sosial şəbəkələrin daxili seqmentində fəal şəkildə yayılan yeni fırıldaq növünü açıqlayıb. Cinayətkarlar məşhur qruplarda və teleqram kanallarında fırıldaq qurbanlarına kömək etməyə və cüzi bir ödəniş müqabilində itirilmiş pulları qaytarmağa hazır olduqlarını bildirən yazılar göndərirlər.

Müştəri “qarmağa keçəndən” sonra cinayətkarlar ondan kartının təfərrüatlarını, pulun haradan oğurlandığını soruşurlar. Kartın göstəricilərini əldə edən fırıldaqçılar yerdə qalan vəsaiti oğurlayır və bəxtsiz insanı sadəcə bloklayırlar.

Başqa bir üsul da odur ki, cinayətkarlar görəcəkləri iş üçün nağd şəkildə və ya köçürmə yolu ilə kiçik bir avans götürür, sonra yoxa çıxırlar.

Daxili İşlər Nazirliyi Özbəkistan vətəndaşlarından fırıldaqçılara etibar etməməyi və kartdan pul itirildikdə hüquq-mühafizə orqanlarına müraciət etməyi xahiş edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR